İraq qüvvələri əl-Anbar vilayətinin qərbində 45 kəndi təmizləyiblər
İraqın Müdafiə Nazirliyi bildirib: Əl-Anbar vilayətinin qərbində qərbi əl-Cəzirə bölgələrinin azad olunması əməliyyatının davamında federal polis və Həşdüş-Şəəbi qüvvələri 45 kəndi İŞİD terrorçularından təmizləyiblər.
İRİB-in Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi bir bəyanatda bildirib: Bu əməliyyatda 2400 kvardatkilometr ərazi İŞİD terrorçularından təmizlənib və terrorçuların 7 avtomobili məhv edilib.
Bəyanatda əlavə olunur: Təhlükəsizlik qüvvələri həmçinin 450 bomba və avtomobillərə bombaların quraşdırılması üzrə 2 sexi aşkarlayıb və partladıblar.
İraq ordusu, polis və Həşdüş-Şəəbi qüvvələrinin Səlahəddin, Neynəva və əl-Anbar vilayətlərinin səhra bölgələrinin İŞİD terrorçularının qalıqlarından təmizlənməsi üzrə əməliyyat cümə axşamı gecə başlanıb.
Bu əməliyyat İraq təhlükəsizlik qüvvələrinin ötən cümə günü əl-Anbar vilayətində sonuncu şəhər olan Ravə şəhərini İŞİD ünsürlərinin işğalından azad etməsindən sonra başlanıb.