Ənsarullah lideri: Amerika və İsrail rejimi zəmanəmizin tağutudurlar
Yəməndə Ənsarullah hərəkatının rəhbəri deyibdir ki, Amerika və İsrail rejimi zəmanəmizin tağutudurlar.
Ənsarullah hərəkatının rəhbəri Əbdulməlik Əlhusi bu gün İslamın əziz Peyğəmbəri(s.ə.s)-in mövludu ayı olan rəbiuləvvəl ayı münasibətilə etdiyi ikinci çıxışında deyib: Amerika və İsrail rejimi insanların gündəlik həyatdakı hərəkətlərini əllərinə almaq və onları ilahi vəzifədən uzaq saxlamaq istəyirlər.
Əlhusi tağutun tarixin bütün dövrlərində mövcud olduğunu qeyd edərək, onun hədəfinin insanları Allahın yolundan uzaq saxlamaq olduğunu bildirib. O, əlavə edib: Səud-amerikan təcavüzü Yəməndəki cari hadisələrin və bu ölkədəki çətin və acınacaqlı durumun əsas amilidir.
Ənsarullah hərəkatının rəhbəri bu ölkədəki bütün siyasi cərəyanalardan blokadanın şiddətlənməsi və təcavüzkarlığın nəticələri ilə mübarizə üçün bir-birilərilə birləşmələrini istəyibdir.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni qurudan, dənizdən və havadan blokadaya aldı.
Ərəbistanın Yəməndəki militarizmi on minlərlə yəmənlinin dünyasını dəyişməsi və yaralanması ilə nəticələnib və bu ölkəni kəskin ərzaq və dərman çatışmazlığı, eləcə də yoluxucu xəstəliklərlə üzləşdiribdir.