İraq prezidenti Kərkükdə dinc yanaşı yaşamağa çağırıb
Noy 28, 2017 17:23 Asia/Baku
-
İraq prezidenti Kərkükdə dinc yanaşı yaşamağa çağırıb
İraq prezidenti Fuad Məsum Kərkükdə etdiyi çıxışında deyib: Kərkük İraqın kiçik bir nümunəsidir və bura ərəb, türkmən, aşuri və xristianların hamısına aiddir.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq prezidenti dünən Kərkük valisi ilə birgə mətbuat konfransında Kərkükdəki bütün qruplar və kütlələri keçmişdəki hadisələri unutmağa və öz aralarındakı əlaqələrdə yeni səhifə açmağa çağırıb.
Kərkükün valisi Rakan Səid də bu mətbuat konfransında deyib: İraq prezidentinin belə bir həssas şəraitdə Kərkük vilayətinə səfəri böyük əhəmiyyətə malikdir.