Hindistanın nəzarətində olan Kəşmirdə 5 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287909-hindistanın_nəzarətində_olan_kəşmirdə_5_nəfər_həlak_olub
Hindistan ordusunun sözçüsü bu ölkənin nəzarətində olan Kəşmirdə hind təhlükəsizlik qüvvələri ilə toqquşmada beş hücumçunun öldürüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 18:42 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə 5 nəfər həlak olub
    Hindistanın nəzarətində olan Kəşmirdə 5 nəfər həlak olub

Hindistan ordusunun sözçüsü bu ölkənin nəzarətində olan Kəşmirdə hind təhlükəsizlik qüvvələri ilə toqquşmada beş hücumçunun öldürüldüyünü bildirib.

Associated Pressin məlumatına görə, Rajeş Kalia deyib: Cümə axşamı günü Kəşmirin Paxarpur və Sopore bölgəsində baş verən bu qarşıdurmada həmçinin 3 sivil yaralanıb. 

Hindistanın nəzarətində olan Kəşmirin vəziyyəti 8 iyul 2016-cı ildən əl-Mücahidin partiyasının komandanı Bürhanəddin Müzəffər Vainin qətlə yetirilməsi ilə gərginləşib. Bu müddətdə Hindistan qüvvələrinin kəşmirli etirazçılara hücumunda təxminən 300 nəfər həlak olub, minlərlə nəfər yaralanıb və ya həbs olunub.