Dek 01, 2017 09:46 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın bir hərbi bazasına raket zərbəsi endirib
    Yəmən ordusu Ərəbistanın bir hərbi bazasına raket zərbəsi endirib

Yəmən ordusunun raket bölməsi cümə axşamı Ərəbistanın Əsir vilayətində yerləşən "Xəmis Məşit" adlı hərbi bazasını bir ədəd orta mənzilli ballistik raket ilə hədəfə alıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan mediaları bu raketin havadaca məhv edildiyini iddia etsələr də, Yəmən ordusunun raket bölməsi və xalq komitələri raketin təyin edilmiş hədəfi vurduğunu bildiriblər. 

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi ötən ay da "Burkan H2" adlı uzaqmənzilli ballistik raket ilə Ər-Riyadın "Kral Xalid" hava limanını hədəfə almışdı. 

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti, bu ölkənin Ali-Səud tərəfindən mühasirədə saxlanılmasına baxmayaraq, hər gün daha da artır. 

Ərəbistanın Yəmənə olan hücumları indiyə kimi 13 mindən çox yəmənlinin ölməsinə, on minlərlə insanın yaralanmasına və milyonlarla insanın öz evindən didərgin düşməsinə səbəb olub. Ərəbistanın hücumları Yəmənin bütün sivil infrastrukturlarının məhv olmasına səbəb olmaqla yanaşı, ölkədə vəba və digər yolxucu xəstəliklərin yayılmasına da səbəb olub. 

Ərəbistan dünyanın ən yoxsul ölkəsi olan Yəmənə qarşı amansız hücumları ilə yanaşı, bu ölkəni havadan, qurudan və dənizdən mühasirəyə alaraq. ölkəyə ərazaq, dərman və  yanacağın daxil olmasına da icazə vermir. 

Teqlər