İraq Kürdüstanı Parlamentinin sədri: Referendum bir səhv idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287987-İraq_kürdüstanı_parlamentinin_sədri_referendum_bir_səhv_idi
İraq Kürdüstanı Parlamentinin sədri bu məntəqənin İraqdan ayrılmasına hesablanmış separatçı referendumun keçirilməsini yanlış addım olaraq dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 14:46 Asia/Baku
  • İraq Kürdüstanı Parlamentinin sədri: Referendum bir səhv idi
    İraq Kürdüstanı Parlamentinin sədri: Referendum bir səhv idi

İraq Kürdüstanı Parlamentinin sədri bu məntəqənin İraqdan ayrılmasına hesablanmış separatçı referendumun keçirilməsini yanlış addım olaraq dəyərləndirib.

Yusif Məhəmməd Sadiq Misirdə çıxan Əl-Əhram qəzetinə verdiyi müsahibədə deyib: İraq Kürdüstanında separatçı referendumun keçirilməsi barədə qərarın çıxarılmasında bu addımın mənfi nəticələri nəzərə alınmayıb. 

İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzani daxili və beynəlxalq müxalifətlərə baxmayaraq 25 sentyabr 2017-ci il tarixində bu məntəqənin İraqdan ayrılmasına hesablanmış separatçı referendum keçirdi. 

Bu referendumun keçirilməsi ilə Ərbil - Bağdad əlaqələri gərginləşib və İraqın Ali Federal Məhkəməsi referendumun qanunsuz olduğu barədə qərar qəbul edib.