Myanma səfiri İsrail rejimi Xarici İşlər Nazirliyinə çağırtdırılıb
Dek 01, 2017 21:43 Asia/Baku
Myanmanın Təl-Əvivdəki səfiri, ötən aylar ərzində İsraildən ölkəsinə silah göndərilməsi prosesinin davam etdiyini dilə gətirməsindən bir neçə saat sonra bu rejimin Xarici İşlər Nazirliyinə çağırtdırılıb.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Əl-Yəum informasiya kanalı bildirib: İsrail rejiminin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bu rejimin Myanmaya silah satmadığını iddia edib.
Ötən bir ay ərzində bu ikinci dəfədir ki, İsrail rejimi Myanmaya silah satması xəbərini təkzib etməyə çalışır.