Dek 02, 2017 16:23 Asia/Baku
  • Ənsarullah Hərəkatının baş katibi fitnəkarlıq haqda xəbərdarlıq etdi
    Ənsarullah Hərəkatının baş katibi fitnəkarlıq haqda xəbərdarlıq etdi

Yəmən Ənsarullahı Hərəkatının baş katibi Yəmən xalqı və tayfalarından fitnəkarlıqlar qarşısında ayıq-sayıq olaraq diqqətlərini təcavüzkarlarla mübarizəyə toplasınlar.

İRİB-in məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının baş katibi bu gün şənbə günü etdiyi çıxışında bu ölkə Milli Konqresinin Ənsarullah qüvvələri qarşısındakı davranışını tənqid edib və deyib: Milli Konqresin davranışları şübhəlidir və bu konqres məsuliyyətsiz davranışlardan əl çəkməlidir.

Bədrəddin əl-Husi Yəmən xalqı və ziyalılarından Sənada yaranan böhranın həlli üçün əsaslı rola malik olmalarını istəyib.

Yəmən Ənsarullahı Hərəkatının baş katibi deyib: Bu hərəkat və Milli Konqres arasındakı hər hansı ixtilaf həll edilə bilər və fitnəkar yaraqlılarla mübarizə aparmaq lazımdır. Yanlışlıq baş verərsə, onun məsuliyyətini qəbul edirik. Milli Konqresin də belə davranacağını gözləyirik.

Ənsarullah Hərəkatının baş katibi əlavə edib: Hazırda Milli Konqres partiyasının bütün qərargahları və bu partiya rəsmilərinin mənzilləri tam təhlükəsizliyə malikdir.

Yəmən Ənsarullahı Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin əl-Husi Sənada hücum haqda fitnəkar yaraqlıların hər hansı iddiasını rədd edərək Əli Abdulla Salehdən belə fitnələrin dayandırılması üçün müsbət addım atmasını istəyib.

Teqlər