Dek 02, 2017 20:21 Asia/Baku
  • Əmmar əl-Həkim: İraqın İranla əlaqələri stratejidir
    Əmmar əl-Həkim: İraqın İranla əlaqələri stratejidir

İraqın Milli Hikmət Cərəyanının rəhbəri Seyid Əmmar əl-Həkim bildirib: İki ölkənin birgə sərhədləri və qonşuluğu, eləcə də çoxlu ortaqlıqlarını nəzərə alaraq, İraqın İran İslam Respublikası ilə əlaqələri strateji əlaqələrdir.

İRNA-nın məlumatına görə, Əmmar əl-Həkim Bağdadda mətbuat konfransında region problemlərinin həlli yolunu dialoq adlandırıb və İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və İraqı bir masa arxasında dialoqa çağırıb.

Əl-Həkim Ərbil və Bağdadı da dialoqlara yenidən başlamağa çağırıb və deyib: Referendum praktiki olaraq ləğv olunmuşdur.

Seyid Əmmar əl-Həkim İraqda 2018-ci il seçkilərinin zamanında keçirilməsini vurğulayıb və deyib: Milli Hikmət Cərəyanı gələcək seçkilərə güclü şəkildə daxil olacaq və hazırda bu cərəyan digər partiyalar və siyasi dairələrlə koalisiya təşkil etmək üçün məsləhətləşmələr aparır.

İraqın növbəti parlament seçkilərində Nazirlər Kabinetinin üzvləri, baş nazir, prezident və parlament sədri müəyyənləşəcək. İraq parlament seçkiləri 15 may 2018-ci ildə keçiriləcək.

Teqlər