İsrailin ümumiyyətlə ərazisi yoxdur ki, Qüds də onun paytaxtı elan edilsin
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288499-İsrailin_ümumiyyətlə_ərazisi_yoxdur_ki_qüds_də_onun_paytaxtı_elan_edilsin
Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın siyasi bürosunun rəisi ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi İsrailin paytaxtı elan etməsinə reaksiya olaraq deyib: Sioinst rejim ümumiyyətlə əraziyə malik deyil ki, Qüds də onun paytaxtı elan edilsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2017 06:48 Asia/Baku
  • İsrailin ümumiyyətlə ərazisi yoxdur ki, Qüds də onun paytaxtı elan edilsin
    İsrailin ümumiyyətlə ərazisi yoxdur ki, Qüds də onun paytaxtı elan edilsin

Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın siyasi bürosunun rəisi ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi İsrailin paytaxtı elan etməsinə reaksiya olaraq deyib: Sioinst rejim ümumiyyətlə əraziyə malik deyil ki, Qüds də onun paytaxtı elan edilsin.

Əl-Aləm kanalının məlumatına görə, İsmayıl Həniyyə çərşənbə günü Ərəb və İslam ölkələri başçılarına, İslam Əməkdaşlıq Təşkilatının baş katibinə, Ərəbi Liqasının baş katibinə, Qərb təşkilatları və beynəlxalq təşkilatlara göndərdiyi müraciətdə deyib: Fələstin xalqı ABŞ-ın Qüds əleyhinə fitnəsinin gerçəkləşməsinə icazə verməyəcək. Və öz torpaqlarını və müqəddəslərini müdafiə etmək üçün istənilən vasitədən istifadə edəcək. 

Həniyyə əlavə edib: Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi ilə bağlı qərarı bütün beynəlxalq konvensiyaların və beynəlxalq qanunları aşkar formada pozulmasıdır. Trampın bu hərəkəti Ərəb və İslam ümmətini təhrik etmək, sionist rejimə qarşı qəzəb odunu alovlandırmaqdır.