Qətər Əmiri: Qüds məsələsi bir xalqın taleyidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288665-qətər_Əmiri_qüds_məsələsi_bir_xalqın_taleyidir
ABŞ hökumətinin Qüdsü İsrailin paytaxtı kimi elan etməsi ardınca, Qətər Əmiri Şeyx Təmim Bin Həməd Bin Xəlifə Ali-Sani Dohanın Fələstin xalqını dəstəklədiyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 14:40 Asia/Baku
  • Qətər Əmiri: Qüds məsələsi bir xalqın taleyidir

ABŞ hökumətinin Qüdsü İsrailin paytaxtı kimi elan etməsi ardınca, Qətər Əmiri Şeyx Təmim Bin Həməd Bin Xəlifə Ali-Sani Dohanın Fələstin xalqını dəstəklədiyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Qətər Əmiri Şeyx Təmim Bin Həməd Bin Xəlifə Ali-Sani Fələstin İslam Müqaviməti Hərəkat HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə telefon söhbətində Dohanın Fələstin məsələsini dəyişməz mövqeyi olaraq dəstəklədiyini bildirib və deyib: Qətər ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinə dair qərarına qarşıdır. 

Şeyx Təmim Qüds məsələsini bir millətin taleyi adlandırıb və Trampın təhlükəli qərarı ilə qarşılaşmaq üçün lazımi tədbirlərin görülməsini vurğulayıb.