Səudiyyə Ərəbistanı Trampın qərarına qarşı passiv mövqe sərgiləyib
Dek 10, 2017 09:09 Asia/Baku
Səudiyyə Ərəbistanının xarici işlər naziri dünən gecə Ərəb Liqasının xarici işlər nazirlərinin fövqəladə iclasında ABŞ prezidentinin Qüds barədə son qərarına passiv mövqe nümayiş etdirib.
Ərəb Liqasının XİN rəhbərləri ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsinə reaksiya əlaməti olaraq dünən Qahirədə fövqəladə iclas keçiriblər.
Bu iclasda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr Trampın hərəkətini pisləmədən Vaşinqtondan sadəcə Qüds barədə qərarından vaz keçməsini istəyib.
Səudiyyəli nazirin bu passiv mövqeyi elə bir şəraitdədir ki, digər ərəb ölkələrinin nümayəndələri Trampın son qərarına qarşı qətiyyətli mövqe nümayiş etdiriblər.