Netanyahu dünyanın Trampın qərarına qarşı mövqeyindən qəzəblidir
-
Netanyahu dünyanın Trampın qərarına qarşı mövqeyindən qəzəblidir
Sionist rejimin baş naziri Avropa ölkələrinin ABŞ-ın Təl-Əvivdəki səfirliyini Beytül-Müqəddəsə köçürmək qərarına qarşı çıxmalarından qəzəblənib.
Misli az görünmüş bir hadisədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Britaniya, Fransa və Rusiya da daxil 14 üzvü ABŞ tərəfindən Qüdsün sionist rejimin paytaxtı elan edilməsini qınayaraq öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyəcəklərini bildiriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Trampın ABŞ səfirliyini Qüdsə köçürmək qərarının Avropa ölkələrii tərəfindən pislənilməsinin ardınca sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün səhər Avropa ölkələrini ikiüzlülükdə ittiham edib.
Netanyahu Avropa Birliyinin xarici işlər nazirlərinin iclasında çağrılmamış qonaq kimi iştirak etmək üçün Parisə çıxmazdan əvvəl deyib: Təl-Əviv Avropa ölkələrinin Trampın Qüds barədə qərarını pisləmələri ilə razılaşmır.