Antonio Quterreş: Səudiyyə Ərəbistanını hədəfə alan raketlər İran istehsalı deyil
Birləşmiş Millətlər Təşkilatının baş katibi Ərrəyad hava limanını hədəfə almış raketlərin İran istehsalı olmadığını təsdiqləyib.
Qərb mediyalarının bildirdiklərinə görə, BMT baş katibi Antonio Quterreş bu gün Təhlükəsizlik Şurasının üzvlərinə təqdim etdiyi hesabatda bildirib ki, ekspertlər Ərrəyadın Məlik Xalid hava limanını hədəfə almış raketlərin İran istehsalı olduğunu isbatlaya bilməyiblər.
BMT ekspertləri 22 iyul və 4 noyabrda Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlərin qalıqlarına baxış keçiriblər.
Səudiyyə rejimi Yəmənin raket gücü qarşısında aciq qaldıqda Səudiyyə Ərəbistanını hədəfə almış raketlərin İran istehsalı olduğunu iddia etmişdi.
İranın müdafiə naziri Əmir Hatəmi bu iddialara reaksiyada deyib: Düşmən hər bir fürsətdən İranı ittihamlandırmaq üçün istifadə edir və İran bu ittihamı qətiyyətlə rədd edir.