Qərb Sahilində Həmas-ın üzvləri həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289185-qərb_sahilində_həmas_ın_üzvləri_həbs_edilib
İsrail hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində bir qrup fələstinlini o cümlədən Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın bir neçə üzvünü həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2017 15:49 Asia/Baku
  • Qərb Sahilində Həmas-ın üzvləri həbs edilib

İsrail hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində bir qrup fələstinlini o cümlədən Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın bir neçə üzvünü həbs ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Ramallah şəhərində 4 fələstinlini o cümlədən Fələstinin Qanunvericilik Şurasının üzvü şeyx Həsən Yusifi həbs ediblər.

Həsən Yusif Qərb Sahilində Həmasın ən tanınmış liderlərindəndir. O, ömrünün 21 ilini İsrail zindanlarında keçirib.

İsrail hərbçiləri həmçinin, Nablos, Cənin, Əbudis, Tubas və Əlxəlildə də bir neçə fələstinlini həbs ediblər.

Livanın Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı zorakılıqlarının davamında Qərb Sahilinin müxtəlif məntəqələrinə hücum etməklə yanaşı, 35 fələstinlini heç bir ittiham olmadan həbs ediblər.

ABŞ prezidenti Donald Trampın işğal altında olan Qüdsü İsrailin paytaxtı olaraq tanımasının ardınca Fələstində İsrail əleyhinə etirazlar artıb.