Nuri Maliki: İraq da Qüds kimi oxşar fitnələr ilə üz-üzədir
Dek 15, 2017 16:38 Asia/Baku
-
Nuri Maliki: İraq da Qüds kimi oxşar fitnələr ilə üz-üzədir
İraq prezidentinin müavini ölkəsinə qarşı fitnələrdən xəbər verərək, terrorizm ilə mübarizədən sonrakı mərhələrini terrorizm ilə mübarizə mərhələsi adlandırıb.
İraqın "Süməriyə Nyus" informasiya portalının verdiyi məlumata görə, İraq prezidentinin müavini Nuri Maliki Nəcəf şəhərində keçirilən bir iclasda deyib: İraq güclənib. Amma, unutmaq olmaz ki, İraq da Qüds kimi oxşar fitnələr ilə üz-üzədir.
Nurmi Maliki əlavə edib: Düşmənlərin bu fitnələri ilə sadəcə silah ilə deyil, elm ilə də mübarizə aparmaq lazımdır.
İraq prezidentinin müavini İraqda terrorizm üzərində qələbənin çalınmasında rolu olan hər kəsə təşəkkür edib və deyib: İraq bu gün terrorizm üzərində qələbə çaldıqdan sonra quruculuq və abadlıq yolunda hərəkət edir.