İbrahim Əlcəfəri: Amerikan koalisiya İraqda daimi hərbi bazaya malik olmayacaq
-
İbrahim Əlcəfəri: Amerikan koalisiya İraqda daimi hərbi bazaya malik olmayacaq
İraqın xarici işlər naziri deyib ki, qondarma beynəlxalq koalisiya İŞİD-in məğlubiyyətindən sonra bu ölkədə daimi hərbi bazaya malik olmayacaq.
İraqın xarici işlər naziri İbrahim Əlcəfəri bu gün müxbirlər qarşısında deyib: Beynəlxalq koalisiyanın İŞİD ilə savaşda İraq dövlətini himayədə hərbi müdaxiləsi bu ölkənin hakmimiyyətinin pozulmaması şərti ilə olub və yalnız ölkədə İŞİD-in bütün qollarının köklərinin kəsiləcəyi zamanadək İraqda qalacaqdır.
Digər tərəfdən, İraq Ali İslam Şurasının rəhbhərlərindən olan Baqir Əlzubeydi bildirib ki, hələ Diyalə, Mosul, Kərkük və Ələnbar vilayətlərində İŞİD terrorçularının gizli dəstələri mövcuddur və onlarla mübarizədə sayıq olmaq lazımdır. O, əlavə edib: İŞİD üzərində qələbə terrorizmlə savaşın başa çatması demək deyildir və sadəliklə bu xətər ilə rəftar edilməməlidir.
Əlzbeydi Əlhəşduşşəbi haqqında isə deyib: Bu qüvvə milli bir orqandırdır ki, silahlı qüvvələrin baş komandanının komandanlığı altında və qanun-qaydalara uyğun olmalıdır və Əlhəşduşşəbinin buraxılması fikrində olan hər bir kəs təkfirçi terrorçulara hərəkət fürsəti vermiş olur.
Belə bir halda, İraqın Bədr təşkilatının baş katibi Hadi Əlamiri də müdafiənin davamına təkid edərək, vurğulayıb: İŞİD üzərində qələbə bütün İraq xalqının iştirakı ilə tarixi bir qəhrəmanlıq olubdur və əgər şiələrin təqlid mərcəyi Ayətullah Sistaninin fitvası və Əlhəşduşşəbinin təşkili olmasaydı, İraq adında bir şey qalmazdı.