Sionist rejim, ABŞ və Ərəbistan İraqın düşmənləridir
-
Sionist rejim, ABŞ və Ərəbistan İraqın düşmənləridir
İraqda Əsaib Əhlül-Həqq Hərəkatının baş katibi bildirib: ABŞ, sionist İsrail rejimi və Səudiyyə Ərəbistanı İraqın əsas düşmənlərinə çevriliblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Əsaib Əhlül-Həqq Hərəkatının baş katibi Şeyx Xəzəli deyib: İraqın birinci düşməni İsrail rejimi, sonra isə ABŞ və Ali-Səud rejimidir.
O əlavə edib: Əldə olunan məlumatlara əsasən, Ərəbistandan beş mindən çox kamikadze İraqa daxil olub ki, bu ölkəni iğtişaşa sürükləsinlər.
Xəzəlinin sözlərinə görə, Ərəbistan İraqda planı məğlubiyyətə uğradıqdan sonra, hazırda iraqlıları kömək bəhanəsi ilə aldatmağa çalışır.
Başqa bir məlumata görə, İraq təhlükəsizlik qüvvələri könüllü xalq səfərbər qüvvələrinin köməyi ilə İraqın şimalında Sincar rayonunda 90 iyzədinin cəsədi olan iki kütləvi məzarlığı aşkarlayıblar. Əsas qurbanlar İŞİD terrorçularının Sincarı işğal etdiyi zaman Qabusiyyə və Məcmə əl-Cəzirə kəndlərinin oğurlanmış sakinləridir.
İŞİD terror qruplaşmasının 2014-cü ildə Sincarı işğal etməsindən sonra minlərlə iyzədi bu bölgədə edam olunub. Bundan öncə də İraqın təhlükəsizlik qüvvələri Neynəva vilayətində başqa bir kütləvi məzarlıq aşkarlayıblar.