İraqın Bədr Təşkilatının sədri: İran İŞİD ilə mübarizədə İraqın həqiqi himayədarı idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290033-İraqın_bədr_təşkilatının_sədri_İran_İŞİd_ilə_mübarizədə_İraqın_həqiqi_himayədarı_idi
İraqın Bədr Təşkilatının sədri İran İslam Respublikasını İŞİD ilə müharibədə ölkəsinin bir nömrəli himayədarı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 17:21 Asia/Baku
  • Hadi Amiri - İraqın Bədr Təşkilatının sədri
    Hadi Amiri - İraqın Bədr Təşkilatının sədri

İraqın Bədr Təşkilatının sədri İran İslam Respublikasını İŞİD ilə müharibədə ölkəsinin bir nömrəli himayədarı adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, İraqın Bədr Təşkilatının sədri və Həşdüşşəbi(könüllü xalq qüvvələri) komandanlarından olan Hadi Amiri "İraq elatlarının Qüdsə dəstək konfransı"nda etdiyi çıxışında deyib: İraq və Suriyanın İranın dəstəyi ilə terrorizm qarşısındakı mübarizəsi İŞİD-i məhvə sürüklədi.

H.Amiri həmçinin, ərəb rejimlərinin İsrail rejimi ilə əlaqələrini İslama xəyanət adlandırıb və müsəlmanlar arasında birlik və həmrəyliyə təkid edərək, düşmənin fitnələrini zərərsizləşdirmək üçün yeganə yolun müqavimət olduğunu deyib.