Dek 30, 2017 20:17 Asia/Baku
  • Suriya ordusu onlarla Ənnüsrə terrorçusunu məhv edib
    Suriya ordusu onlarla Ənnüsrə terrorçusunu məhv edib

"Suriya insan haqları gözətçiləri" adlı mərkəz Suriya ordusu ilə toqquşmalarda onlarla Cəbhətünnüsrə terrorçusunun məhv edilməsindən xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya müxalifətinə aid olan sözü gedən mərkəz dünən gücə bildirib ki, Suriya ordusunun son əməliyyatında Cəbhətünnüsrənin 57 ünsürü İdlib və Humah vilayətlərində öldürülüb. 

Terrorçu Cəbhətünnüsrə qrupu ötən il beynəlxalq təzyiqlər qarşısında və terrorçuların qara siyahısından çıxmaq üçün adını Fəthüşşam Cəbhəsinə dəyişdi və sonra digər terrorçu qruplarla birləşərək Təhrirüşşam Heyəti adını seçdi. 

Suriya xəbər agentliyinin verdiyi məlumata görə, əsasən Dəməşq bölgəsində yerləşən Ceyşül-İslam qrupu dünən Suriya prezidenti Bəşar Əsədin himayədarlarından ibarət olan 86 girovu azad edərək Suriyanın Qırmızı Aypara Cəmiyyətinə təhvil verib. 

Ceyşül-İslam terrorçuları hələ də yüzlərlə mülkini girov saxlayırlar. 

Teqlər