Fələstinlilər işğalçılarla mübarizənin davamını vurğulayırlar
ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüds şəhərini sionist İsrail rejiminin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə dair qərarı verməsindən sonra, işğal olunmuş bütün Fələstin ərazilərində etirazlar və qarşıdurmalar geniş vüsət almışdır. Fələstinlilər Qüdsün azadlığına qədər müqavimətin davam etdirilməsini vurğulayırlar.
Hələ də fələstinlilərin qanlarının axıdılmasının şahidiyik. Bu dəfə də Qəzzə zolağının mərkəzində əl-Bəric düşərgəsinin şərqində qarşıdurmalarda başqa bir fələstinli yaralarının ağırlığı üzündən şəhid olub. Bu qarşıdurmalarda 17 nəfər yaralanıb. Tibb dairələri onlardan üçünün vəziyyətinin ağır olduğunu bildiriblər.
Fələstinli şəhidin anası deyib: Qüdsün azadlığı milyonlarla şəhidin qanına bağlıdır. Allaha and olsun, fəxr edirəm ki, övladımı Qüdsə fəda etmişəm. Üç başqa övladım da vardır. Onları da qardaşlarının getdiyi yolda göndərəcəyəm.
Başqa bir fələstinli deyib: Camal bütün Fələstin vətəndaşlarının övladıdır. O Qüds və Fələstin uğrunda şəhid oldu. Qərbdən şərqə qədər bütün fələstinli analar onunla fəxr edirlər.
Fələstin vətəndaşları bu şəhid üçün əzəmətli dəfn mərasimi təşkil edərək bu nüansı vurğulayırlar ki, qəzəb mesajını işğalçılara çatdıracaqlar. Onlar deyirlər ki, Fələstin xalqı itirilmiş haqqı, xüsusilə də işğal olunmuş Qüdsü əldə etmədikləri vaxta qədər sakitləşməyəcəkdir.
Fələstinli gənc deyib: Bizim müqavimətə mesajımız budur ki, sionistlərin cavabını versin.
Fələstinin işğalçı rejimlə təmas bölgələri fələstinlilərin qəzəblərini elan etdiyi meydanlardır. Nəzarətçilər də sadəcə seyr edirlər. Amma gələn günlərdə də qarşıdurmaların bu formada davam edib-etməyəcəyini öyrənmək üçün gözləmək lazımdır. Ya da Fələstin müqavimətinin açıq-aşkar qarşıdurmasının şahidi olacağıq.