Yan 06, 2018 18:22 Asia/Baku
  • Ərəbistanda yeni həbs dalğası
    Ərəbistanda yeni həbs dalğası

Ərriyadda yerləşən Əlhəkəm sarayı qarşısına toplaşmış on bir səud şahzadəsi Ərəbistan krallığının qvardiyası tərəfindən həbs olunaraq, Hair məhbəsinə köçürülüb.

On bir səud şahzadəsinin Ərriyadın, şahzadələrin su və işıq pulunu ödəməkdən azad olmalarının ləğvi barədəki qərarına etiraz olaraq, Ərriyaddakı Əlhəkəm sarayının önündə toplaşmasından sonra Ərəbistan krallığının qvardiyasındakı "Əlsəyf Ələcrb" batalyonu tərəfindən onların həbs olunmaları barədə əmr verilib.

Ərəbistanda hakimiyyətə yaxın mediaların bildirdiklərinə görə, şahzadələr Ərriyaddakı Əlhəkəm sarayının önünə toplaşaraq, həmçinin əmi oğlanlarından biri üçün qisas hökmünün verilməsilə bağlı onlara kompensasiyanın ödənilməsini istəmişdilər.

Məşhur ərəbistanlı yazıçı Camal Xaşqəçi də twitter-də 2018-ci ilin dörd yanvarından başlanmış səud şahzadələrinin həbs olunmaları üzrə yeni dalğanın artmasına toxunaraq, yazıb ki, bu həbslər onların Ərəbistanın bəzi problemlərini tənqid etmələrinə görə, həyata keçirilibdir.

Teqlər