Yəmən alimləri döyüş cəbhələrinin hərtərəfli dəstəklənməsini vurğuladılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291925-yəmən_alimləri_döyüş_cəbhələrinin_hərtərəfli_dəstəklənməsini_vurğuladılar
Yəmən alimləri bu ölkədə döyüş cəbhələrini hərtərəfli şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2018 08:18 Asia/Baku
  • Yəmən alimləri döyüş cəbhələrinin hərtərəfli dəstəklənməsini vurğuladılar
    Yəmən alimləri döyüş cəbhələrinin hərtərəfli dəstəklənməsini vurğuladılar

Yəmən alimləri bu ölkədə döyüş cəbhələrini hərtərəfli şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən paytaxtı Sənada bir araya gələn alimlər xalq səfərbərliyi, hərbi təlim mərkəzlərinə və döyüş cəbhələrinə qoşulmağı, eləcə də cəbhələrə maddi dəstəyin göstərilməsini vurğulayıblar. 

Yəmən alimləri bu iclasın sonunda bir bəyanat verərək bildiriblər ki, Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin iqtisadiyyatının acınacaqlı duruma düşməsinə səbəb olub. Səudiyyə koalisiyası Yəmən xalqını diz çökdürməyə, bu ölkəni tam nəzarətə götürməyə və onun sərvətlərini qarət etməyə can atır. 

Yəmən alimləri Yəmən xalqına qarşı vəhşicəsinə cinayətlərin davam etməsindən narahatlıqlarını bildiriblər.