Yan 11, 2018 13:38 Asia/Baku
  • Ərəbistanın koalisiyasına raket hücumu olundu
    Ərəbistanın koalisiyasına raket hücumu olundu

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Ərəbistanın cənub-qərbində Nəcran bölgəsində Yəmən ordusu və xalq komitələri qüvvələrinin Zilzal-2 raketi ilə hücumuna tuş gəliblər.

İRNA-nın məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcranın yaşıl bölgəsinin girişində Abbasə bazasında Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinə ağır zərbələr endiriblər. 

Yəmənin Hərbi Hava Qüvvələri bazar ertəsi günü də bir uğurlu əməliyyatda Ərəbistanın bir ədəd F-16 qırıcı təyyarəsini vurmuşdu. 

Yəmən ordusu və xalq komitələri qüvvələri ötən ildə, təcavüzkar koalisiyanın 1569 hərbi avtomobilini məhv etmiş, Yəmənin havadan müdafiə sistemi də 29 qırıcı təyyarə, helikopter və PUA-nı vurmuşdur. 

Yəmən ordusu və xalq komitələri qüvvələri ötən ildə həmçinin Ərəbistanın ərazisini 45 dəfə raketlə vurmuşdur. 

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəmənə hücum edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. 

Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları on minlərlə yəmənlinin həlak olması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib. 

Teqlər