Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə difteriyanın yayılması barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyət Təşkilatı çərşənbə günü Yəməndə difteriya xəstəliyinin sürətlə yayılmsı haqda xəbərdarlıq edib.
Difteriya ağır üfunətlə yanaşı olan öldürücü bir xəstəlikdir və son dərəcə yolxucudur. Bu xəstəlik insanın tənəffüs sistemində ciddi problemlər yaradır. Bu xəstəliyin əlamətləri boğaz ağrısı, qızdırma, öskürək və səs tutulmasıdır. Ağırlaşdığı zaman isə ürək və böyrək çatışmazlığına, əl və ayaq iflicinə səbəb olur.
İRİB-nin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı indiyə kimi Yəməndə 700 nəfərin difteriyaya yoluxması halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə də Yəməndə difteriyanın yayılması barədə xəbrdarlıq etmişdi.
Ərəbistanın Yəmənə olan hücumları, bu ölkənin içməli su təsissatlarının məhv edilməsi və ölkəyə dərman preparatlarının və zəruri məhsulların gətirilməsinin önlənilməsi ölkədə vəba və difteriya kimi xəstəliklərin yayılmasına səbəb olub.
İndiyə kimi 2200 yəmənli vəbaya yoluxma nəticəsində həyatını itirib.