Misir iclası: Qüds Fələstinin əbədi paytaxtı elan olunmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292803-misir_iclası_qüds_fələstinin_əbədi_paytaxtı_elan_olunmalıdır
Misirin əl-Əzhər Universitetində Qüdsə Dəstək Beynəlxalq iclasının iştirakçıları cümə axşamı günü bir bəyanatda Qüdsün Fələstinin əbədi paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 06:16 Asia/Baku
  • Misir iclası: Qüds Fələstinin əbədi paytaxtı elan olunmalıdır

Misirin əl-Əzhər Universitetində Qüdsə Dəstək Beynəlxalq iclasının iştirakçıları cümə axşamı günü bir bəyanatda Qüdsün Fələstinin əbədi paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayıblar.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Qüdsə dəstək beynəlxalq iclasın iştirakçıları yekun bəyanatda ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin payxtatı olaraq rəsmən tanımasına qarşı olduqlarını vurğulayıb və bu qərarın icrasının durdurulması üçün təcili addımların atılmasını istəyiblər. 

Bu bəyanatda həmçinin təklif olunub ki, 2018-ci il Qüds-Şərif ili elan olunsun. 

Qüdsə dəstək beynəlxalq iclası dünyanın 86 ölkəsindən yüksək səviyyəli rəsmi və şəxsiyyətlərin iştirakı ilə 17, 18 yanvarda Misirin əl-Əzhər Universitetində keçirilib.