Yan 20, 2018 20:32 Asia/Baku
  • Mosulun cənubunda İŞİD komandanlarından biri öldürülüb
    Mosulun cənubunda İŞİD komandanlarından biri öldürülüb

İraqın təhlükəsizlik qüvvələri bu ölkənin şimalında yerləşən Mosul şəhərinin cənubunda İŞİD terror qruplaşmasının komandanlarından birini öldürüblər.

Sputnik informasiya agentliyinin İraqın təhlükəsizlik qaynaqlarına istinadla verdiyi məlumata görə, İŞİD terrorçuları bu gün şənbə Mosulun cənubunda yerləşən Əbu Yusif kəndinə hücum edərək, bir iraqlı əkinçini öldürüblər.

Bu iraqlı qaynağın verdiyi məlumata görə, İŞİD terrorçularının Əbu Yusif kəndinə hücum etməsinin ardınca İraqın təhlükəsizlik qüvvələri kəndə daxil olublar. Təhlükəsizlik qüvvələri və İŞİD terrorçuları arasında çıxan silahlı toqquşmada İŞİD-in əsas komandanlarından biri öldürülüb. Digər terrorçular isə kənddən qaçmağı bacarıbalr.

İraqın silahlı qüvvələri 2017-ci ilin 10 iyununda Mosul şəhərini İŞİD-in işğalından azad ediblər. Amma, terrorçular indiyə kimi bir neçə dəfə Əbu Yusif kəndinə hücum edərək, təhlükəsizlik qüvvələri ilə döüşə giriblər.

Bu arada informasiya qaynaqları iraqlı qüvvələri Əl-Ənbar vilayətinin mərkəzi hissəsində terrorçulara qarşı axtarış əməliyyatına başlamasından xəbər veriblər.

Teqlər