Yan 24, 2018 22:10 Asia/Baku
  • Yəmənin Ənsarullah Hərəkatı Ərəbistana xəbərdarlıq etdi

Yəmənin Ənsarullah Hərəkatının baş katibi Ali-Səuda xəbərdarlıq edərək, bildirib: Qarşıdan gələn günlər ərzində Ərəbistan rejiminə gözlənilməz zərbə endiriləcək.

İRNA-nın məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdülmalik Bədrəddin öz Tvitter səhifəsində Ərəbistan rəsmilərin xitabən yazıb: Ötən günlərdə vəəd etdiyimiz kimi, Təiz vilayətində təcavüzkar muzdluların sığınacağına raket zərbələri endirdik və tezliklə başa düşəcəksiniz ki, sizdən intiqam almağı unutmamışıq.

Yəmənli qüvvələr bazar ertəsi günü "Qahir 2" növündən olan bir ballistik raket ilə Yəmənin cənub-qərbində, Təiz vilayətində yerləşən Əl-Xiyam məntəqəsində Ərəbistan muzdlularının sığınacağını hədəfə almışdılar.

Ərəbistan 2015-ci ilin mart ayından başlayaraq, Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə bu ölkəni havadan, qurudan və sudan amansız hücumlara məruz qoyur. İndiyə kimi bu hücmlarda Yəmənin bütün sivil və şəhər strukturları o cümlədən, məktəblər, xəstəxanalar, körpülər, məscidləri dağıdılıb, içməli su şəbəkəsi məhv edilib. On minlərlə insan həlak olub və yaralanıb. Milyonlarla insan isə öz evindən didərgin düşüb. Dünya isə bu zülmə göz  yumur.

Teqlər