İraq ordusu və Həşdüş-Şəəbi qüvvələri İŞİD qalıqlarının təqibindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293861-İraq_ordusu_və_həşdüş_Şəəbi_qüvvələri_İŞİd_qalıqlarının_təqibindədir
İraq silahlı qüvvələri, o cümlədən ordu və Həşdüş-Şəəbi qüvvələri İranla sərhəd bölgələrdə İŞİD qalıqlarının təqibi üçün geniş hərbi əməliyyata başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 17:04 Asia/Baku
  • İraq ordusu və Həşdüş-Şəəbi qüvvələri İŞİD qalıqlarının təqibindədir
    İraq ordusu və Həşdüş-Şəəbi qüvvələri İŞİD qalıqlarının təqibindədir

İraq silahlı qüvvələri, o cümlədən ordu və Həşdüş-Şəəbi qüvvələri İranla sərhəd bölgələrdə İŞİD qalıqlarının təqibi üçün geniş hərbi əməliyyata başlayıblar.

İRNA-nın məlumatına görə, İraq komandanlarından Məzhər əl-Əzavi deyib: Bu əməliyyat şənbə günü İraqın müxtəlif hərbi qüvvələri, o cümlədən ordu, polis, Həşdüş-Şəəbinin iştirakı ilə İraqın şərqində Diyalə vilayətində başlanıb. 

Məlumata görə, əməliyyatda İŞİD-in bir sıra mərkəzləri və gizli məkanları müəyyənləşdirilib. İraq qüvvələri bundan öncə də Diyalə vilayətinin müxtəlif bölgələrində İŞİD ünsürlərinin təqib olunması üçün bir neçə hərbi əməliyyat keçiriblər.