Sionist rejimə dəstək çətinləşib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294239-sionist_rejimə_dəstək_çətinləşib
Almaniyanın xarici işlər naziri deyib: Mənim kimilər üçün İsrailə dəstək siyasətini əsaslandırmaq gün-gündən çətinləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 10:48 Asia/Baku
  • Sionist rejimə dəstək çətinləşib
    Sionist rejimə dəstək çətinləşib

Almaniyanın xarici işlər naziri deyib: Mənim kimilər üçün İsrailə dəstək siyasətini əsaslandırmaq gün-gündən çətinləşir.

Yerosalim Post qəzeti yazıb: Almaniya XİN rəhbəri Ziqmar Qabriel dünən deyib: Sosial Demokrat partiyasında gənclər üçün bizim İsraili nə üçün himayə etməyimizi əsaslandırmaq mənim kimilər üçün gün-gündən çətinləşir. 

Qabriyel deyib: Gənc nəsil hər gün fələstinlilərə qarşı ədalətsiz hesab etdiyi rəftarları artıq qəbul etmək istəmir. Qabriel bu sözləri Təl-Əvivdə Milli Təhlükəsizlik üzrə Araşdırma Müəssisəsinin illik konfransında çıxışı zamanı söyləyib. 

Qabriel birmənalı şəkildə bildirib ki, fələstinlilər barədə Almaniya və İsrailin mövqeləri biri-biri ilə fərqlidir.

Qabriel " Fələstin və İran barədə amerikanlar keçmişdəkindən daha aşkar şəkildə sizin tərəfinizi saxlayırlar"- deyə bunun heç də düzgün olmadığını xatırladıb.