Fev 02, 2018 10:13 Asia/Baku
  • Ərəb Liqası: Qüdsə təcavüz, odla oynamaq deməkdir
    Ərəb Liqası: Qüdsə təcavüz, odla oynamaq deməkdir

Ərəb Liqasının baş katibi Əhməd Əbulqeyt dünən Amerikanın Qüds barədəki son qərarını araşdırmaq məqsədilə Qahirədə keçirilən bu liqanın xarici işlər nazirlərinin fövqəladə iclasında bildirib ki, Qüdsə təcavüz, odla oynamaq deməkdir.

Fələstinin xarici işlər naziri Riyad Əlmaliki də bu iclasda deyib ki, ABŞ prezidenti Donald Trampın Qüds barədəki son qərarı cahilcəsinə və zalımcasına bir hərəkətdir.

Tramp 2017-ci il dekabrın altısında geniş regional və beynəlxalq müxalifətlərə rəğmən dedi ki, Vaşinqton Qüdsü sionist rejimin paytaxtı kimi tanıyır. 

Tramp həmçinin ABŞ Dövlət Departamentindən istədi ki, Amerika səfirliyinin Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsinə şərait yaratsın.

Belə bir halda, BMT-nin Baş Assambleyası 2017-ci il dekabrın 21-də Qüdsü himayə üzrə qətnaməni 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səslə qəbul etdi. Bu qətnaməyə görə, BMT Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq.

Müsəlmanların ilk qibləsi olan Məsciduləqsa-nın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və üçlü müqəddəs islami məkanların ən mühümü sayılır.

Qüds 1967-ci ildən bəri sionist rejimin işğalı altındadır. 

Teqlər