Fev 03, 2018 19:24 Asia/Baku
  • Türkiyənin Bursa vilayətində partlayış
    Türkiyənin Bursa vilayətində partlayış

İraq baş naziri bəzi şəxslərin İraq Kürdüstanı ilə Bağdad arasında böhranın həll olunmamasını istədiyini bildirərək kürdlərin tələblərinə hörmətlə yanaşdığını deyib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi əl-Youm əl-Sabe ilə müsahibədə kürdlərin bəzi problemini tarixi adlandırıb və əlavə edib: İqtidara gələn bütün hökumətlər bu problemlə qarşılaşmışdır. 

Əl-İbadi həmçinin deyib: Etnos məsələsi, neftlə əlaqədar böhran, Kürdüstan muxtariyyətində işçilərin maaşlarının ödənilməməsi problemi vardır. Biz bu problemlərin həllinə çalışırıq. 

Əl-İbadi bildirib: Hökumət Kürdüstan muxtariyyətində şəffaflığın olmamasına etiraz edib və məsələlərin idarə olunmasının formasına qarşıdır. Çünki bu məsələ partiya şəklində həyata keçirilir və İraq parlamenti və hökuməti siyasi bölgüyə əsasən son illər ərzində önəmli məsulliyyətləri yerinə yetirmişdir. 

İraq baş naziri Kürdüstan muxtariyyətinin yeri idarə rəhbəri Neçirvan Barzani ilə Davosdakı son görüşü haqda da deyib: Bu görüşdə bir yol xəritəsini əldə etdik və düzgün şəkildə icra olunacağına ümid edirəm. 

Teqlər