Bəşşar Cəfəri: Qərbin ekspansionist məqsədləri Suriyaya çoxlu ziyanlar vurub
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib: ABŞ İngiltərə və Fransa ilə birlikdə öz ekspansionist məqsədlərinə çatmaq üçün Suriyanı böhranla üzləşdirib.
İRNA-nın məlumatına görə, Bəşşar Cəfəri çərşənbə günü Suriya haqda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD üzvlərinin Suriyada iştirakına və baza yaratmasına imkan verən şəkildə addım atdığını bildirib: ABŞ hərbçilərinin Suriyadakı iştirakı ölkənin hakimiyyətinin pozulması və BMT qətnamələrinə ziddir.
BMT-nin hesabatlarında ABŞ və başqa ölkələr tərəfindən Suriyanın ərazilərinin işğalı haqda məlumat olmadığını bildirən Bəşşar Cəfəri əlavə edib: Amerikalılar İraqa hücum kimi, Suriyada qalmaq üçün hər bir bəhanədən istifadə edir.
Suriyanın BMT-dəki nümayəndəsi Suriyanın Təhlükəsizlik Şurası üzvləri və böyük qüdrətlərin qanun pozuntularının ilk qurbanı olmadığını deyib: Fələstinə müstəqil dövlət olmaq icazəsi vermədikləri vaxt, İraq və Liviyaya hücum etdikləri vaxt, beynəlxalq terrorizm və cihad hərəkətlərinin yaranmasına səbəb oldular. Təhlükəsizlik Şurası deyilən bir qurum yoxdur.
ABŞ və bir neçə müttəfiqi 2014-cü il avqust ayından İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi adı altında, BMT-nin çərçivəsindən kənar və Suriya hökuməti ilə koordinasiya etmədən koalisiya təşkil edib.
ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın müxtəlif bölgələrində çoxlu sayda günahsız vətəndaşın ölümünə səbəb olmuşdur.