Cibhətunnusrə-nin İŞİD ilə toqquşmasında beş nəfər ölüb
-
Cibhətunnusrə-nin İŞİD ilə toqquşmasında beş nəfər ölüb
Cibhətunnusrə terrorçuları ilə İŞİD terrorçuları arasında Suriyanın paytaxtı Dəməşqdə gedən döyüşlərdə hər iki tərəfdən beş nəfər ölüb, bir qrup terrorçu da yaralanıbdır.
Cibhətunnusrə terrorçuları ilə İŞİD terrorçuları arasındakı bu qarşıdurma Dəməşqin cənubunda yerləşən "Yərmuk" düşərgəsinin qərbindəki bir neçə mehvərdə baş veribdir.
İŞİD-ə yaxın bəzi mənbələr deyiblər ki, bu qrupun silahlı üzvləri Cibhətunnusrə qrupu ilə döyüşdən sonra "Yərmuk" düşərgəsindəki "Əlmilion" və "Əlşəşru" məntəqələrinin nəzarətini ələ keçiriblər.
Digər bir xəbərə görə, Türkiyə ordusu və onun tabeliyində olan silahlı qruplar artilleriya və raketlə Afrin şəhərinin şimal-qərbindəki müxtəlif məntəqə və kəndləri bombalayıblar. Bu bombardman nəticəsində həmin məntəqələrin sakinlərinə böyük maliyyə xəsarətləri dəyib. İnsan tələfatı var.
Dünən də Türkiyə ordusunun qırıcıları bir neçə dəfə Afrinin şimal-şərqində yerləşən Bafliun kəndində və Şran qəsəbəsində yerləşən məntəqələri bombalayıblar.
Türkiyə ordusu "Suriyanın azad ordusu" adlı silahlı qrupun həmkarlığı ilə 2018-ci il yanvarın 20-dən Afrində terrorizmlə mübarizə hədəfilə öz hərbi hücumlarına başlayıb.
Suriyanın xarici işlər nazirliyi Türkiyə ordusu qüvvələrinin bu şəhərə qarşı hücumunu pisləyərək, bildiribdir ki, Ankaranın bu hərəkəti Suriyanın suverenliyini pozmaq deməkdir.