Niki Heyli İsrailin cinayətlərinin müdafiəsinə qalxaraq, BMT-ni hədəfə aldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296359-niki_heyli_İsrailin_cinayətlərinin_müdafiəsinə_qalxaraq_bmt_ni_hədəfə_aldı
ABŞ-ın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında BMT-nin İsrailə qarşı qərəzli davrandığını iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 07:46 Asia/Baku
  • Niki Heyli İsrailin cinayətlərinin müdafiəsinə qalxaraq, BMT-ni hədəfə aldı

ABŞ-ın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında BMT-nin İsrailə qarşı qərəzli davrandığını iddia edib.

Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, Niki Heyli İsrailin cinayətlərinin müdafiəsinə qalxaraq deyib: BMT israillilər və fələstinlilər arasındakı münaqişədə tərəflərdən birini tərəfini saxladığını nümayiş etdirib. 

Bu amerikalı rəsmi həmçinin deyib: ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarı dəyişməyəcək. 

Niki Heyli Təhlükəsizlik Şurasının İsrail və Fələstin məsələsinə lazım olduğundan çox diqqət ayırdığını iddia edərək, iclasın mövzusunun Fələstin məsələsi olmasına baxmayaraq, bir daha İrana qarşı əsassız iddiaları təkrar edərək, İranın raket proqramını ortaya atıb.

BMT-nin baş katibi Antonio Quterreş də bu iclasda Qəzzə zolağında bir humanitar faciənin yaşandığını deyərək, Fələstin - İsrail münaqişəsinin tərəfləri həlledici qərarın qəbul edilməsi üzrə həssas bir vəziyyəti təcrübə edirlər. 

BMT TŞ çərşənbə axşamı Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbasın iştirakı ilə Yaxın Şərqdə sülhün gələcəyi mövzusunda iclas təşkil edib.