ABŞ koalisiyası İŞİD ünsürlərinin yerini dəyişir
Kütləvi İnformasiya Vasitələri ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" bu terror qruplaşması ünsürlərini Suriyanın şimalında əl-Həsəkədən nəql etməkdə olduğunu bildiriblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın Sputnik İnformasiya Agentliyi çərşənbə günü bir sıra sənədlər yayımlayıb. Bu sənədlər "İŞİD əleyhinə koalisiya"nın ABŞ helikopterlərinin əl-Həsəkə bölgəsində İŞİD terror qruplaşması ünsürlərini təxliyə etdiklərini göstərir.
Youtube və Facebookda yayımlanan video-çarxlar ABŞ helikopterlərinin İŞİD terrorçularının yerini dəyişdiklərini göstərir.
Bu arada Həsəkədə adının açıqlanmasını istəməyən bir rəsmi Sputnik-ə deyib: Həsəkədə yerli sakinlər kürdlərin nüfuzu altında olan bölgədə yerli həbsxanada ABŞ helikopterlərinin dəfələrlə enib-qalxdıqlarını görüblər.
Bundan öncə də ABŞ Suriya ordusu qüvvələrinin 2017-ci il oktyabr ayında Deyruz-Zur vilayətinin əl-Məyadin şəhərinə daxil olmasından öncə İŞİD terror qruplaşmasının başçılarını həmin şəhərdən çıxarmışdılar.