Suriyanın şimalına Türkiyənin yeni hərbçiləri daxil olub
-
Suriyanın şimalına Türkiyənin yeni hərbçiləri daxil olub
Türkiyə ordusunun Suriyanın şimalında əməliyyatının davamında türk ordusunun yeni karvanı Suriyanın şimal-qərbində İdlib vilayətinə daxil olub.
İRNA-nın məlumatına görə, Suriya Kütləvi İnformasiya Vasitələri ötən gecə bildiriblər: Bu karvan hazırda Suriyanın İdlib vilayətinin şimalına daxil olub və bölgədə hərbi baza yaratmaq ardıncadır.
Suriya KİV-i Türkiyə ordusu karvanındakı qüvvələrin sayı və təchizata toxunmayıb.
Bu arada bildirilib: Türkiyə qüvvələrinin cümə axşamı günü Suriyanın Afrin bölgəsinə hava hücumunda onlarla kürd yaraqlısı ölüb.
Kürd mənbələri bildiriblər ki, ötən cümə axşamı günü qarşıdurmalarda azı 18 kürd yaraqlı ölüb, 3 nəfər yaralanıb və 19 nəfər də itkin düşüb. Bu mənbələr həmçinin Türkiyə ordusuna məxsus bir helikopterin vurulduğunu bildiriblər.
Türkiyə ordusu da etiraf edib ki, cümə axşamı günü gedən ağır döyüşlərdə 8 türk hərbçisi həlak olub, 13 nəfər də yaralanıb.