Mosulda İŞİD-in partlayıcı quraşdırılmış avtomobili zərərsizləşdirildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297419-mosulda_İŞİd_in_partlayıcı_quraşdırılmış_avtomobili_zərərsizləşdirildi
İraq Kütləvi İnformasiya Vasitələri Mosulun qərbində Tələfərin şimal-şərqində bir kənddə İŞİD-in partlayıcı qurğu quraşdırılmış avtomobilinin zərərsizləşdirilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 16:37 Asia/Baku
  • Mosulda İŞİD-in partlayıcı quraşdırılmış avtomobili zərərsizləşdirildi
    Mosulda İŞİD-in partlayıcı quraşdırılmış avtomobili zərərsizləşdirildi

İraq Kütləvi İnformasiya Vasitələri Mosulun qərbində Tələfərin şimal-şərqində bir kənddə İŞİD-in partlayıcı qurğu quraşdırılmış avtomobilinin zərərsizləşdirilməsindən xəbər veriblər.

Mehr İnformasiya Agentliyinin Əs-Süməriyyəyə istinadla verdiyi məlumata görə, İraq KİV-i bildirib: İraq qüvvələri Tələfərin şimal-şərqində Boxor kəndində İŞİD-in bomba quraşdırılmış bir ədəd avtomobilini zərərsizləşdiriblər.

Ötən gün də İraq KİV-i Neynəva vilayətinin Baduş bölgəsində İŞD terrorçularının hücumunun zərərsizləşdirildiyini bildiriblər.

Mosul 10 iyul 2017-ci il tarixində İraq ordusu və Həşdüş-Şəəbi qüvvələrinin əməkdaşlığı ilə İŞİD terror qruplaşmasının işğalından azad edildi.