Mart 03, 2018 12:40 Asia/Baku
  • Ali-Xəlifənin repressiyaları davam edir
    Ali-Xəlifənin repressiyaları davam edir

Ali-Xəlifə rejiminin hərbçiləri 85-ci həftə olaraq Bəhreyn şiələrinin Əlduraz məntəqəsində cümə namazı qılmalarına mane olublar.

Bəhreyn medialarının bildirdiklərinə görə, Ali-Xəlifənin bu hərəkətinin ardınca bəhreynlilər tərəfindən Əlduraz məntəqəsində bu rejimə qarşı geniş aksiya keçirilib.

Aksiya iştirakçıları şüarlar verərək, Ali-Xəlifənin düşmənçilik hərəkətlərini pisləyiblər.

Aksiyaçılar habelə Bəhreyn şiələrinin tanınmış rəhbəri Şeyx İsa Qasim ilə həmrəylik şüarları veriblər. Onlar bu din xadiminə qarşı repressiyalara tez bir zamanda son qoyulmasını istəyiblər.

Ali-Xəlifə rejimi 2016-cı ilin iyun ayında Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə edərək, bu din aliminin yaşadığı  Əlduraz məntəqəsini mühasirəyə alıbdır.

Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazları səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.

Teqlər