Mart 05, 2018 11:52 Asia/Baku
  • 4 ərəb ölkəsinin müdaxiləsi barədə sənədli film yayımlanıb
    4 ərəb ölkəsinin müdaxiləsi barədə sənədli film yayımlanıb

Qətərin Əl-Cəzirə telekanalı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin 1996-cı il Qətərdə həyata keçirilən uğursuz dövlət çevrilişinə müdaxilələri barədə " Qətər 96" adlı sənədli filmin ilk hissəsini yayımlayıb.

İRNA-nın verdiyi məlumata görə, dünən gecə yayımlanan bu sənədli filmdə sözü gedən dövlət çevrilişində iştirakı olmuş bəzi komandanlar eləcə də Amerikanın 1996-cı ildə Qətərdə fəaliyyət göstərən səfiri ilə müsahibələr təqdim olunub. 

Qətər bildirir ki, bəzi daxili ünsürlər bəzi ərəb qonşuların dəstəyi ilə 1996-cı ildə indiki əmirin atası şeyx Həmd Bin Xəlifə Ali-Saniyə qarşı dövlət çevrilişi həyata keçiriblər. 

Qətərin kəşfiyyat təşkilatının keçmiş zabitlərindən olan Fəhəd Əl-Maliki  həmin sənədli filmdə danışır. O dövlət çevrilişində iştirak etmək ittihamı ilə edam cəzası olmışdı və sonra bu cəza 20 il həbs ilə əvəz edilmişdi.  Əl-Maliki bu barədə Əbu-Dəbinin vəliəhdi Məhəmmd Bin Zayid, Bəhreynin kralı Həmd Bin İsa Ali-Xəlifə və Misirin təhlükəsizlik naziri Ömər Süleymanın adlarını çəkib. 

Filmdə Səudiyyə Ərəbistanının təhlükəsizlik aparatı və indiki kral Salman Bin Əbdül-Əziz eləcə də o vaxtkı vəliəhd və müdafiə naziri Sultan Bin Əbdül-Əziz-in Qətərdə uğursuz dövlət çevrilişində müdazilələrini sübut edən faktlar təqdim olunub. 

Bu sənədli film elə bir şəraitdə efirə buraxılıb ki, Amerika dövlət katibinin Fars körfəzi əməkdaşlıq şurasının üzvləri arasında çaxnaşmaların həlli üçün göndərdiyi xüsusi nümayəndəsi Antoni Zeyni regiondadır və Küveyt və Qətərə baxış keçirib. 

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci il 5 iyunda Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə əlaqələrini kəsdilər və quru, hava və dəniz sərhədlərini bu ölkənin üzünə bağladılar. 

Teqlər