Sionist rejim əl-Əqsa məscidi ətrafında qazıntıları davam etdirir
Mart 06, 2018 21:50 Asia/Baku
Sionist işğalçılar əl-Əqsa məscidinin cənubunda yerləşən Silvan qəsəbəsində qazıntı işlərini artırıblar.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Vadi Həlvə İnformasiya Mərkəzinin direktoru Cavad Siyam deyib: Sionist rejimin əl-Əqsa Məscidinin ətrafından və altında qazıntılar aparması nəticəsində bu məscidin keşikçilərinin qaldığı 90 mənzilin divarlarında çatlar əmələ gəlib.
Cavad Siyam sionist rejimin bu təcavüz və təhlükəli qazıntılarda məsuliyyət daşıdığını bildirib və deyib: Sionist rejimin nazirlər kabineti qazıntıların aparılması prosesinə nəzarət edir və bu işi maliyyə cəhətindən dəstəkləyir.