Türkiyə ordusu Suriyanın şimalında daha 5 məntəqəyə nəzarəti ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298301-türkiyə_ordusu_suriyanın_şimalında_daha_5_məntəqəyə_nəzarəti_ələ_keçirib
Türkiyə ordusu "Zeybun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında yerləşən Afrin şəhərində daha 5 məntəqəyə nəzarəti ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2018 15:22 Asia/Baku
  • Türkiyə ordusu Suriyanın şimalında daha 5 məntəqəyə nəzarəti ələ keçirib
    Türkiyə ordusu Suriyanın şimalında daha 5 məntəqəyə nəzarəti ələ keçirib

Türkiyə ordusu "Zeybun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında yerləşən Afrin şəhərində daha 5 məntəqəyə nəzarəti ələ keçirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Afrinin şimal-şərqində Şoran qəsəbəsində yerləşən Qaratəpə və Qəstal Kəcək kəndləri, Afrinin mərkəzində yerləşən Xalidiyə və Cəbul məntəqələri habelə, Kənəkəvər kəndi Türkiyə hərbçilərinin nəzarəti altına keçib.

Türkiyə ordusu indiyə kimi "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şiamlında, Afrin şəhərinin tabeliyində olan 176 məntəqəyə nəzarəti ələ keçirib.

Türkiyə ordusunun Afrin şəhərinin qapılarına yaxınlaşması ilə YPG və PYD yaraqlılarının müqaviməti daha da artıb.