Ərəbistana silah satışı beynəlxalq müahidələri lağa qoymaq deməkdir
Beynəlxalq Amnistiya Təşkilatı Qərb ölkələrinin Ərəbistana və onun müttəfiqlərinə silah satmalarını pisləyərək, bildirib ki, bu hərəkət silah satışı üzrə beynəlxalq müahidələri lağa qoymaq deməkdir.
Beynəlxalq Amnistiya Təşkilatı bu gün Qərb ölkələrinin Yəmən savaşında Ərəbistana və müttəfiqlərinə silah satmalarını pisləyərək, bildirib ki, bu hərəkət silah satışı üzrə beynəlxalq müahidələri lağa qoymaq mənasındadır.
Ərəbistan koalisiyasının 2015-ci ildə Yəmənə hərbi müdaxiləsinin başlandığı zamandan bəri bu ölkənin daxili savaşında on mindən çox adam öldürülüb.
Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə təhqiqat bölməsinin müdiri deyib: Bir çox fakt mövcuddur ki, onlara əsasən, Ərəbistanın rəhbərliyi altında olan koalisiyaya məsuliyyətsizcəsinə silah satışı Yəmən xalqına qarşı bir çox zərərin dəyməsi ilə nəticələnibdir. Amma bu hadisə ABŞ-ın, İngiltərənin və digər ölkələrin, o sıradan Fransa, İspaniya və İtaliyanın səud koalisiyasına milyardlarla dolllar silah satmalarının dayanması ilə nəticələnməyibdir. Bu silahlar mülkilərin həyatını məhv etməkdən əlavə, silah satışı üzrə beynəlxalq müahidələrin lağa qoyulmasına səbəb olubdur.
Bu insan haqları təşkilatı bildirib ki, 2015-ci ildən bəri beynəlxalq qanunları pozan üzdəniraq səud koalisiyasının hava hücumları barədə 36 halı sənədləşdiribdir.
Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, bu hücumların bəziləri hərbi cinayət sayıla bilər.
Təkcə bu hücumlarda 157-si uşaq olmaqla 513 sivil öldürülüb və 379 nəfər də yaralanıbdır.