Mart 23, 2018 16:32 Asia/Baku
  • 
Şərqi Qutə-də atəşkəs
    Şərqi Qutə-də atəşkəs

İnformasiya mənbələri bu gün səhər tezdən Suriyanın Şərqi Qutə məntəqəsində "Filəqurrəhman" adlı qrupun nəzarəti altında olan məntəqədə atəşkəsin başlanmasından xəbər veriblər.

"Filəqurrəhman"ın başçısı Əbdulnasir Şəmir Suriya ordusundan və onun müttəfiqlərindən qrupun ünsürlərinin Şərqi- Qutə-dən İdlibə köçürülməsini istəyərək, deyib: Atəşkəs bu gün səhər tezdən Şərqi- Qutə-də yerləşən Ərbiyyən, Zəməlka, Eyn Tərma və Cubər şəhərlərində başlanıb.

"Filəqurrəhman" terror qrupunun sözçüsü Vail Əlun deyib: Qərara görə, rus tərəflə müzakirədə, Qutədə bu qrupdan olan heyətə şamil olan bir komitə, eləcə də mülki orqanlar iştirak etməlidirlər.

Bununla bağlı, Rusiyanın müdafiə nazirliyi dünən gecə bildirib ki, Əhrarulşam terror qrupunun əllidən çox ünsürü, sayı 450 nəfər olan öz ailəsi ilə Şərqi Qutə-dən çıxıbdır.

Son bir sutka ərzində Şərqi Qutə sakinlərindən təqribən min nəfər boşaldılıb və qərar üzrə təqribən 1500 terrorçu da öz ailəsilə birgə Hərasta məntəqəsini tərk etməlidir.

Şərqi Qutə-dəki bəzi qəsəbə və məntəqələr təkfirçi terrorçuların iştirak etdikləri məkanlardır. Onlar oradan, Dəməşqdə və onun ətrafındakı yaşayış massivlərini mərmi atəşinə tuturlar.

Suriya ordusu indiyədək Şərqi Qutə-nin 80 faizindən çoxunu terrorçuların işğalından çıxarıbdır.

Teqlər