Fələstin Ərəbistanın hərəkətini pisləyib
Fələstin Azadlıq Cəbhəsinin baş komandanlığı Ərəbistanın bu ölkənin hava məkanını işğal olunmuş Fələstin ərazilərinə olan uçuşların üzünə açmasını İslam ümmətinə və onun məsələlərinə, xüsusən Fələstin məsələsinə qarşı xəyanət adlandırıb.
Fələstin Azadlıq Cəbhəsi bu gün bir bəyanatda Ərriyadın Hindistanın "Air İndia" hava şirkətinə Ərəbistan hava məkanından keçərək, işğal olunmuş Fələstin ərazilərinə uçuşlar həyata keçirməsinə icazə verməsini pisləyərək, bunu, müsəlmanların emosiyalarına qarşı hörmətsizlik adlandırıb və belə deyib: Bu addım Ərriyadın Təl-Əvivlə əlaqələrini adiləşdirməsi və işğal olunmuş Fələstin ərazilərinə tərəf siyasi, iqtisadi və təhlükəsizlik körpülərinin yaradılması prosesinin davamında atılır.
Fələstin Azadlıq Cəbhəsi həmçinin Ərəbistanın, tac-taxtın və onun varisi olan bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanın qorunması qarşılığında Amerikaya yüzlərlə milyard dollar bağışlamasından təəssüflənərək, əlavə edib: Ərriyad bir neçə ərəb ölkəsinin İslam ümmətinə və onun məsələlərinə, xüsusən Fələstin məsələsinə qarşı xəyanətinə rəsmən rəhbərlik edibdir.
Təqribən bir ay bundan öncə və sionist rejimin baş naziri Benyamin Netanyahunun Hindistana səfərinin ardınca bu iki tərəf arasında hava nəqliyyatı sahəsində bir müqavilə imzalandı ki, ona əsasən, qərara alındı ki, Hindistandan işğal olunmuş Fələstin ərazilərinə birbaşa hava reysi açılsın.
Təqribən yetmiş il Ərəbistan hava məkanı nəinki sionist rejimin uçuşlarının üzünə, həm də işğal olunmuş Fələstin ərazilərinə tərəf bütün uçuşların üzünə bağlı idi.
Bəzi ərəb ölkələri, o sıradan Ərəbistan son aylarda İslam ölkələrinin birinci düşməni sayılan sionist rejimlə əlaqələrini üzə çıxarıblar.