Səud vəliəhdinin Paris səfərinə qarşı etiraz
Apr 09, 2018 11:03 Asia/Baku
-
Səud vəliəhdinin Paris səfərinə qarşı etiraz
Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Fransanın paytaxtı Parisə səfərinə etiraz edənlər əllərində Yəmən bayrağını tutub, şüarlar verərək, Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pisləyiblər.
Əllərində, üzərlərində Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pisləyən, Yəmənin bombardman və bu ölkə xalqının qırğın edilməsinə son qoyulmasını tələb edən şüarlar yazılmış plakatlar tutan "Yəmən üçün sülh" adlı qrupun üzvləri Parisdəki Eyfel qülləsinin qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyaçılar habelə vurğulayıblar ki, səudlar insan haqlarına hörmətsizlik edirlər.
Ərəbistan vəliəhdi Muhəmməd bin Salman bazar günü Fransaya daxil olubdur.