Bəşşar Cəfəri: Qərblilər müharibənin sona çatmasını istəmir
Suriyanın BMT-dəki daimi nümayəndəsi milyardlarla dollar dəyərində Ərəbistana silah satışını Yəmən vətəndaşlarının qırğınının davam etməsi və Suriyada yeni müharibənin başlanmasının səbəbi adlandırıb və deyib: ABŞ, Britaniya və Fransa regionda müharibəyə son qoyulmasını istəmirlər.
İRNA-nın məlumatına görə, Bəşşar Cəfəri çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasında ABŞ və Rusiyanın Suriyanın Duma şəhərinə iddia olunan kimyəvi hücum haqda təklif etdikləri qətnamələrin araşdırılması iclasında deyib: Kütləvi qırğın silahlarının yayılması qadağasının sistemini pozmaq qərb ölkələrinin öhdəsindən gəldiyi yeganə ixtisasdır.
Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin Dəməşqin kimyəvi silahdan istifadəni pislədiyini bildirərək deyib: Suriya Kimyəvi Silahlara Qadağa Təşkilatı ilə əməkdaşlıqla ABŞ, Britaniya və Fransanın yalanlarını ifşa etməyə hazırdır.
Şərqi Qutənin Duma bölgəsində yerləşən Ceyşül-İslam terrorçuları şənbə gecə Dəməşqi bu bölgədə kimyəvi silahdan istifadə və onlarla nəfəri qətlə yetirməkdə suçlayıblar. Bu ittiham Suriya hökuməti tərəfindən qətiyyətli şəkildə rədd olunub.
Terrorçuları dəstəkləyən qərb və ərəb Kütləvi İnformasiya Vasitələri terrorçuların bu iddiasından sonra Dəməşq əleyhinə güclü psixoloji müharibəyə başlayıblar.