Kimyəvi silahların qadağan edilməsi təşkilatının müfəttişləri Dumaya daxil olublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i302512-kimyəvi_silahların_qadağan_edilməsi_təşkilatının_müfəttişləri_dumaya_daxil_olublar
Kimyəvi silahların qadağan edilməsi təşkilatının tabeliyində olan fatkaraşdırıcı komitənin təftiş qrupu bu gün Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2018 17:10 Asia/Baku
  • Kimyəvi silahların qadağan edilməsi təşkilatının müfəttişləri Dumaya daxil olublar
    Kimyəvi silahların qadağan edilməsi təşkilatının müfəttişləri Dumaya daxil olublar

Kimyəvi silahların qadağan edilməsi təşkilatının tabeliyində olan fatkaraşdırıcı komitənin təftiş qrupu bu gün Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərinə daxil olub.

Kimyəvi silahların qadağan edilməsi təşkilatının tabeliyində olan fatkaraşdırıcı komitənin müfəttişləri ötən bazar günü Dumada son kimyəvi hücum iddiasını araşdırmaq üçün Dəməşqə səfər ediblər.

Suriyanın xarici işlər naziri Feysəl Miqdad dünən bildirib ki, Dəməşq Kimyəvi silahların qadağan edilməsi təşkilatının təhqiqatı üçün lazımi imkanları yaratmağa və bu təşkilatla həmkarlıq etməyə hazırdır.