Apr 20, 2018 16:38 Asia/Baku
  • Dəməşqin Qərbi Qutə məntəqəsində atəşkəs razılaşması
    Dəməşqin Qərbi Qutə məntəqəsində atəşkəs razılaşması

Dəməşqin Qərbi Qutə məntəqəsində atəşkəs razılaşması ilə terrorçular Suriyanın şimal-qərbindəki İdlib vilayətinə və Suriyanın şərq səhrasına köçürüləcəklər.

Ələxbariyyə telekanalı bildirib ki, bu razılaşma terror qruplarının təslim olmalarından sonra əldə olunubdur.

Bu razılaşmaya görə, əksər terror qrupları bu məntəqədən çıxacaqlar və qalmaq istəyənlərin vəziyyəti nəzərdən keçiriləcəkdir.

Terror qruplarından biri Qutəni tərk edəndən sonra Suriyanın şərq səhrasına, digər qruplar isə Suriyanın şimal-qərbindəki İdlib vilayətinə yola düşəcəklər.

Belə bir halda, Livanın Əlməyadin telekanalı Qərbi Qutə məntəqəsində atəşkəs razılaşması barədə belə qeyd edib: Sayı 1200 nəfərdən çox olan İŞİD ünsürləri Əlhəcəruləsvad və Əlyərmukdan çıxaraq, Suriyanın şərq səhrasına köçürüləcəklər. Cibhətunnusrə ünsürləri də İdlibə köçürüləcəklər.

Teqlər