Ərəbistan qırıcılarının Yəmənə hücumunda 20 mülki həlak olub
-
Yəmənə hücumlar
Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin cənubuna olan hava hücumlarında 20 nəfər həyatını itirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları cümə günü Yəmənin Təiz vilayətində bir avtomobili hədəfə alıblar. Nəticədə avtomobildə olan 20 nəfərin hamısı həlak olub. Ölənlərdən altısının kimliyini müəyyən etmək mümkün olub.
Həmçinin, Ərəbistan qırıcılarının Əl-Hüdəydə və Əl-Sədə vilayətlərinə olan hücumlarında 10 nəfərin öldüyü, bir qrup insanın da yaralandığı bildirilir.
Ərəbistan 2015-ci ilin martından ABŞ, Britaniya və Fransanın dəstəyi habelə, bəzi ərəb ölkələri o cümlədən BƏƏ və Bəhreyn ilə birlikdə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Ərəbistanın Yəmənə hücumları indiyə kimi on minlərlə insanın ölməsinə, ölkənin bütün infrastrukturlarının məhv edilməsinə səbəb olub.
Ərəbistan və müttəfiqləri indiyə kimi Yəmən xalqının müqaviməti nəticəsində öz istəklərinə çata bilməyiblər.